Yüklənir...

Damcı suvarma

Damcı suvarma

Damcı suvarma bitki yetişdirmək üçün ən effektiv üsullardan biridir. Bütün torpağı suvarmaq əvəzinə, su və qida maddələrini birbaşa bitkinin kök zonasına doğru zamanda və bitkinin ehtiyacı olduğu qədər çatdırır. Hər bir bitki bərabər şəraitdə optimal şəkildə böyümək üçün lazım olanı alır. Beləliklə, su, gübrə və enerjiyə qənaət etməklə yanaşı, yüksək məhsuldarlığı təmin edir.

Damcı Suvarma Sistemlərinin üstünlükləri:

✓ Damcı suvarma ilə bitkilərin böyüməsi üçün lazım olan su və suda həll olunan qidalar nəzarətli şəkildə istənilən vaxt və istənilən miqdarda bitkinin kök zonasına verilir.

✓ Qısa fasilələrlə və hər dəfə az miqdarda suvarma suyu verilir.

✓ Torpaq nəmini itirməmişdən əvvəl suvarma başlayır.

✓ Bitkiyə gündəlik və ya bir neçə günlük su ehtiyacını ödəyə biləcək qədər su verilir.

✓ Yetişdirilən bitkidə torpaqda rütubətin olmaması və ya həddindən artıq nəmlik səbəbindən gərginlik, başqa sözlə, su sıxıntısı yaranmır.

✓ Sudan səmərəli və sərfəli istifadə təmin edilir.

✓ Daha az su ilə daha çox sahə səmərəli şəkildə suvarılır.

✓ Torpağın şoranlaşmasının qarşısı alınır.

✓ Bitki cərgələri suvarılmadığından alaq otları az olur.

✓ Qrunt sularının yüksək olduğu yerlərdə suvarma qrunt sularının səviyyəsini qaldırmadan aparılır.

✓ Eroziyaya səbəb olmadan maili torpaqlarda suvarma aparmaq olar.

✓ Quraşdırmaq, toplamaq və saxlamaq çox asandır.

✓ Sahə əməliyyatları və məhsul yığımı suvarma zamanı və ya dərhal sonra həyata keçirilə bilər.

✓ Pestisidlərə, gübrələrə və əməyə qənaət edir.

✓ Kənd təsərrüfatı məhsullarında məhsuldarlığın və keyfiyyətin yüksəldilməsini təmin edir.