məhsul qrupu
Yüklənir...
ONUR PLAST MMC 2018-ci ildə Azərbaycanda təsis olunub. Şirkətimiz kənd təsərrüfatı təyinatlı suvarma sistemlərinin və avadanlıqlarının satışını, eləcədə quraşdırılmasını həyata keçirir.
Məqsədimiz innovativ həllər təklif etməklə, kənd təsərrüfatının inkişafı üçün əvəzsiz vasitə sayılan suvarma sistemlərinin ölkəmizdə geniş tətbiqinə dəstək olmaq, ən ucqar bölgələrimizdə belə istehlakçıların tələbatlarını qısa zamanda qarşılamaqdır.
ABŞ, Türkiyə və İsrail istehsalı olan, sənaye standartlarına uyğun yoxlanıldıqdan sonra satışa çıxardığımız məhsulların keyfyyətinə tam zəmanət veririk. Müştəri məmnunluğunun təmin olunmasını prioritet seçməklə, portfoliomuzu istehlakçıların ehtiyaclarına uyğun formalaşdırırıq. Vaxtaşırı keçirdiyimiz sorğular, irad və şikayətlərin təhlili iş prosesini daha da optimallaşdırmağımızı təmin edir.
Yüksək ixtisaslı mütəxəssislərdən formalaşan kollektivimiz qarşımızda duran tapşırıqların həllində vahid komanda kimi çıxış edir.
Sizi artıq etibarlı tərəfdaş və müştəri tələblərini kompleks şəkildə qarşılayan bir şirkət kimi tanınan ONUR PLAST MMC ilə əməkdaşlıq etməyə dəvət edir, məhsul və xidmətlərimizdən yararlanmağa çağırırıq.
məhsul qrupu
Məhsul növü
Müştəri məmnuniyyəti
Onur Plast MMC müştəri tələblərini kompleks şəkildə qarşılayan bir şirkətdir. Yer aldığımız sektorda böyük təcrübəyə malik olmağımız bizə layihələndirmədən başlayaraq, açar təslimə qədər bütün prosesi müstəqil formada idarə etməyimizə imkan verir.
Topdan Satış
250-dən çox növ suvarma sistemləri məhsulları
Məsləhət
Suvarma sistemlərinin dizayn və quraşdırma məsləhətləri
Kataloqumuzda zəngin suvarma məhsulları tapa bilərsiniz
Keyfiyyətli Məhsul
Etibarlı tərəfdaş olmağımızın təminatçısıdır
SƏRFƏLİ QİYMƏTLƏR
Yer aldığımız sektorda əsas üstünlüyümüzdür
Müştəri məmnuniyyəti
Bizim üçün prioritetdir